Adil Qeybulla TƏBİB-in “maska taxmamaq” qərarını pislədibackend

Adil Qeybulla TƏBİB-in “maska taxmamaq” qərarını pislədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Dənizkənarı bulvarda, müxtəlif yerlərdə məsafə gözləməklə maskasız gəzmək mümkündür”.
Bunu  açıqlamasında professor Adil Qeybulla TƏBİB-in “açıq havada əgər tək gedirsinizsə, maska taxmaya bilərsiniz” fikirinə münasibətində deyib. Onun sözlərinə görə, birdən-birə bu qərarı geri oxumaq düzgün deyil:
 
“Epidemioloji vəziyyətin nisbətən stabilləşməsinə bu qədər güvənməməliyik. Nəyə görə? Çünki vaksinasiya başlayıb. Vaksinasiya nəticələri ay yarımdan sonra bilinəcək. Ay yarımdan sonra immunitetin tam formalaşması prosesi başa çatacaq. Ona görə indi açıq havada maskasız gəzmək o deməkdir ki, yenə yoluxma hallarına şans yarana bilər. İnsanlar avtobus dayanacaqlarında, kafe-restoranların qarşısına yemək sifarişi verilən növbələrdə dayanır. Bütün bunlar yoluxma potensialı yarada bilər”.
Adil Qeybulla hesab edir ki, eridemioloji vəziyyət hələ tam stabilləşməyənə kimi maskadan imtina etmək olmaz:
“Məncə, maska ilə bağlı qərar bundan sonra verilsə, daha düzgün olardı. Açıq havada nəyə görə maska taxmağa qərar verildi? Ona görə ki, ikinci dalğa sərt idi, həddindən artıq böyük yoluxma potensialı vardı. Yoluxma azalır, eridemioloji vəziyyət hələ tam stabilləşməyib”.
Qeyd edək ki, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva REAL TV-yə müsahibəsində “Açıq havada əgər tək gedirsinizsə, maska taxmaya bilərsiniz”, – deyə bildirib.
Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarında açıq havada maska taxmağın məcburi olduğu qeyd edilib.