Adil Qeybulla Saleh Rüstəmlinin yeni fotosunu paylaşdıbackend

Adil Qeybulla Saleh Rüstəmlinin yeni fotosunu paylaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Saleh Rüstəmlinin sağlıq durumu ilə bağlı mətbuatda gedən bəzi informasiyalar həqiqətə uyğun deyil. Müalicə Müəssisəsinin həkimləri ilə birgə onun səhhətini ciddi nəzarət altında saxlayırıq”.

TİA.AZ xəbər verir ki, bu barədə onun həkimi Adil Qeybulla məlumat paylaşıb.

Bildirib ki, S. Rüstəmlinin sağlamlığının bərpası istiqamətində tədbirlər aclığı dayandırmaqdan xeyli əvvəl başlayıb:

“Alimentar qidalanmaya keçdikdən sonra isə bərpa prosesi sürətlə gedir. Aşağıdakı şəkil aclığın dayandırıldığı gün çəkilib. Bu şəkli Saleh bəy azadlığa çıxandan sonra sizlərə təqdim etmək fikrində idim. Lakin yersiz və əsassız şayiələri təkzib etmək zərurəti yarandığından buna məcbur oldum. Qısa video sujet də var.

Gəlin hamılıqla arzu edək ki, Saleh bəyin səhhəti tezliklə tam bərpa olsun və o, layiq olduğu azadlığına qovuşsun”.