Adil Qeybulla: “Havadan gələn qoxu diskomfort yaradır”backend

Adil Qeybulla: “Havadan gələn qoxu diskomfort yaradır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İki gündür havadan gələn kəskin iy-qoxunun tərkibini bilmirik”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılmasından danışarkən deyib.
Onun fikrincə, havadan gələn iyi-qoxu ciddi diskomfort yaradır:
“Ola bilər onun tərkibində zərərli, kimyəvi qazlar olsun. Hər halda dövlət , rəsmi orqanlar bununla bağlı məlumat versinlər, əhalini məlumatlandırsınlar. Yaxud da belə bir təhlükə var, evlərdə pəncərələri bağlayın və s. deyilsin. Yəni, narahatçılığa  son qoyulsun. Bu vacib məsələdir”.
İyi-qoxunun yayılmasına gəlincə, Adil Qeybulla onun başqa  ölkədən gətirilmə ehtimalının olduğunu deyir:
” Ola bilər hansısa kimyəvi zavoddan axıdılsın, ya da başqa ölkədən gətirilə bilər”.
Qeyd edək ki, ötən gün axşam saatlarında Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxu yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, buna səbəb “Sobsan” fabrikində baş vermiş yanğın zamanı yaranmış tullantıların da Böyük Şor gölünə axıdılması ehtimal olunur.