Adil Qeybulla: “City Hospital”da Tofiq Yaqublu üçün otaq ayrılıb”backend

Adil Qeybulla: “City Hospital”da Tofiq Yaqublu üçün otaq ayrılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Müsavat Partiyasının üzvü Tofiq Yaqublu müşahidə altındadır”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Professor bildirib ki, Tofiq Yaqublu hazırda reanimasiyadadır:
“Əslində həmin otağa reanimasiya da demək olmaz. Onun üçün ayrıca bir otaq ayrılıb”.
Xatırladaq ki, Tofiq Yaqublu bu il martın 22-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Sentyabrın 1-də Nizami Rayon məhkəməsində Tofiq Yaqublunun məhkəmə prosesi keçirilib. Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Tofiq Yaqublunun 4 il 6 ay müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edilməsini istəyib.
Qərara etiraz edərək 13 gündür aclıq aksiyası keçirən Tofiq Yaqublu sentyabrın 12-də “Baku City Hospital”a köçürülüb.