Adı tikinti şirkətidir, fəaliyyəti dağıdıcıdır: Quba sakinləri “Azvirt”ə etiraza qalxdı – VİDEObackend

Adı tikinti şirkətidir, fəaliyyəti dağıdıcıdır: Quba sakinləri “Azvirt”ə etiraza qalxdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Quba rayonu Talabıqışlaq inzibati ərazi dairəsinin sakinləri Xaroşa kəndinin mərkəzinə toplaşaraq, nümayəndəliyin ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarına etiraz ediblər.

Bu haqda jurnalist Cəmil Məmmədli məlumat verib. Sakinlərin sözlərinə görə, kəndin kənarından keçən Vəlvələçayda fəaliyyət göstərən karxanaların ucbatından kənd susuz qala bilər. Belə ki, qum-çınqıl karxanalarının yarıtmaz və dağıdıcı fəliyyətlərinin ucbatından artıq Vəlvələçay bir neçə metr dərinləşib ki, bu da kəndlilərin su ehtiyaclarını ödəməyə ciddi mane olur.
Mövzunu diqqətdə saxlayacayıq…