backend

“Adamın nə qədər villası olar?..”- Yevda Abramov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mən  bir millət vəkili olaraq, Azərbaycan  məmurunun xalqın taleyini düşündüyünə şübhə ilə yanaşıram.  Mən  bir millət vəkili olaraq, Azərbaycan  məmurunun xalqın taleyini düşündüyünə şübhə ilə yanaşıram. 

Belə bir fikri millət vəkili Yevda Abramov  parlamentdə  büdcə müzakirələri zamanı deyib. Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətini qaldırılmasına kəskin etirazını bildirən Y. Abramov deyib ki, məmurlar belə qəarar qəbul edərkən, görəsən, xalqı düşünürlərmi? “Mən buna şübhə ilə yanaşıram”.  Millət vəkili deyib ki, hökumət qazın qiymətini qaldırsa da, onun keyfiyyətinə fikir vermir,  təzyiq  aşağıdır.Valyuta bazarlarında baş  verən hadisələrə toxunan millət vəkili bildirib ki, “qara bazar”da bu qədər pul kütləsi haradandır? “Kimlər bu vəsaiti “qara bazar”a yönəldir?  Bu qədər pullar bu insanların əlinə haradan düşür?”– deyə, millət vəkili deyib. Y.Abramov  valyutadəyişmə məntəqələrinin bağlanmasına da etiraz edərək bildirib ki, bu əslində “qara bazar”ın vüsət alamasına şərait yaradıb: “Bu, eyni zamanda,  işsizliyi artırdı. Xeyli insan işsiz qaldı. Necə deyərlər, bu öz effektini vermədi”.  Millət vəkili hökumətin iqtisadi böhranla bağlı dediyi fikirləri qəbul etməyərək bildirib ki, onlarla razı deyil:  “Belə bir böhran yoxdur. Bu sadəcə, bəzi iri ölkələr tərəfindən neft hasil edən ölkələri çökdürmək üçün həyata keçirilən bir siyasətdir. Ona görə də bunlardan qorxmaq lazım deyil. Əksinə, səriştəlilik nümayiş etdirib, yaranmış vəziyyətdən çıxış yolları aramalıyıq”.  Millət vəkili deyib ki, bunları  burada danışanda  çoxları deputatlardan  inciyir. “Ancaq xalq da bizdən nəsə gözləyir və bizdən inciyir. Axı, belə də oturmaq olmaz?! Mən bu gün rayonumuz üçün heç nə istəmirəm. Bilirəm ki, 2017-ci il daha da çətin il olacaq, amma xalq Azərbaycan məmurundan çox şey gözləyir. Bunun üçün ilk növbədə korrupsiyadan əl çəkmək lazımdır. Xalqın yanına getmək lazımdır. Bu korrupsiyadan əl çəkib, bir-iki il çətin yaşamağa örənmək lazımdır. Xalqı düşünmək lazımdır. İnsanın nə qədər villası olar, dəniz kənarında, dağda… Belə olmaz, axı?!  Danışırsan, deyirlər danışır, danışmırsan da, olmur”

Gununsesi.info