Adambaşına 871,8 dollar xarici dövlət borcumuz varbackend

Adambaşına 871,8 dollar xarici dövlət borcumuz var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2021-ci ilin 1 yanvar tarixinə bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən ümumi məbləği 13031,4 mln. dollar ekvivalentində kredit sazişləri imzalanıb.
TİA.AZ xəbər verir ki, bu barədə bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

 

Hesabatda qeyd olunub ki, bu sazişlərə əsasən, cəlb olunması nəzərdə tutulan kreditlərdən 11832,8 mln. dolları (94,8%), o cümlədən 2020-ci il ərzində 470,7 mln. dollar ekvivalentində vəsait istifadə edilib.
2021-ci il 1 yanvar tarixinə istifadə edilmiş kreditlər üzrə ümumilikdə təqribən 3732,4 mln. dollar məbləğində borc qaytarılıb. Xarici dövlət borcunun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən 2021-ci il 1 yanvar tarixinə 8821,5 mln. ABŞ dolları ekvivalentində olub.
Xarici dövlət borcunun 5289,6 mln. dolları hökumət tərəfindən birbaşa cəlb edilmiş kreditlərdən, 2810,8 mln. dolları xarici valyuta nominallı dövlət qiymətli kağızlardan, 721,1 mln. dolları isə xarici dövlət borcu hesab edilən şərti öhdəliklərdən ibarət olub.
2020-ci il ərzində xarici dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsi vəsaiti hesabına 1085, 1 mln. dollar məbləğində ödənişlər həyata keçirilib. Bu ödənişlərin 816,4 mln. ABŞ dollarını əsas borc kimi, 268,7 mln. dollarını isə kreditlərə hesablanmış faizlərə görə həyata keçirilən ödənişlərdir.
Ümumilikdə, adambaşına düşən xarici dövlət borcunun məbləği cari ilin 1 yanvar tarixinə 871,8 dollar təşkil edir.