“Adam arasına çıxarılacaq bir nazirimiz yoxdur, millət vəkilləri də onlar kimi…”backend

“Adam arasına çıxarılacaq bir nazirimiz yoxdur, millət vəkilləri də onlar kimi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət qurumlarına, rəsmilərə əksəriyyətimiz inanmırıq, səbəbsiz deyil. Elə bir vəziyyətdir ki, irəli çıxıb cəmiyyətə yol göstərəcək insanlara ehtiyac var. Adam arasına çıxarılacaq bir nazirimiz və hökumət üzvü yoxdur,millət vəkilləri də onlar kimi…”

Bunu tanınmış vəkil Adil İsmayılov deyib.

“Bəs fərd olaraq cəmiyyətin inanıb etibar etdiyi, sözlərinə güvəndiyi kimlər var? Başa düşürəm cəmiyyət o qədər parçalanıb ki, hamı tərəfindən qəbul olunan şəxslər demək olar ki, yox dərəcəsindədir. Bu barədə danışdığım dostum səbəbini belə izah etdi ki, bu cür adamları da bilərəkdən müxtəlif yollarla ləkələyib, gözdən salıb, bəzilərini satın alıb, şirnikləndirib, bir hissəsini çərlədib sıradan çıxarıblar. Doğrusu, mən onun dedikləri ilə razılaşmadım. Kimləri misal deyə bilərsən soruşanda isə çətinlik çəkdim” – A.ismayılov qeyd edib.(pravda.az)