Tribuna İnformasiya Agentliyi

Acunla Şeymanın evlilik protokolu üzə çıxdı – ŞOK DETALLAR

28 Noyabr

Acunla eks-həyat yoldaşının evlilik protokolu üzə çıxıb.

8 il qeyri-rəsmi, bir il isə rəsmi nikahda yaşayan Acun Ilıcalı ilə Şeyma Subaşının boşanma protokolunda maraqlı detallar var.

Məlum olub ki, protokola əsasən Subaşına hər ay 125 min TL aliment ödəniləcək, 10 milyon TL dəyərində ev alınacaq, mülk qızları Melisanın adına sənədləşəcək. Şeyma hazırki yaşadığı evdən çıxaraq yeni alınacaq mənzilə köçəcək. Cütlüyün 5 yaşlı qızı Melisanın qəyyumluğu anasına veriləcək.

Ən maraqlısı odur ki, 29 yaşlı Subaşı evlənərsə, 115 minlik aliment ləğv olunacaq, o cümlədən hər iki tərəf ailə münasibətləri barədə TV, radio, sosial şəbəkələrdə yazılı və ya şifahi açıqlama verə bilməz. Protokol xaricində Acun və Şeyma bir-birinə maddi və mənəvi təzminat tələb etməyəcəklər. Melisanın təhsillə bağlı bütün xərcləri Ilıcalı tərəfindən qarşılanacaq.

Xatırladaq ki, Şeyma 2009-ci ildə Acunun dəvəti ilə “Varmısın, Yokmusun” proqramına qatılaraq onun sayəsində məşhurlaşıb. Bu verilişdən sonra Acunla Şeyma bir-birindən ayrılmayıb. Onların qızı Melisa 2014-cü ildə dünyaya gəlib.

Acunla bir-birimizə aşiq olduğumuzu 1,5 ay sonra anladıq

Ş.Subaşı bir neçə il əvvəl “Elle” jurnalına verdiyi müsahibəsində Acunla “Varmısın Yokmusun?” müsabiqəsində tanış olmadıqlarını deyib. Ş.Subaşı bildirib ki, Acun onu ilk dəfə universitetdə görüb bəyənib:

“Biz müsabiqədə tanış olmamışıq. Mən İstanbul Aydın Universitetində dəb dizaynı fakültəsi üzrə təhsil alırdım. Acun mükafat almaq üçün mənim təhsil aldığım universitetdə keçirilən tədbirə gəlmişdi. Modellik təcrübəm olduğu üçün əvvəlcə podiuma mən çıxdım. Onda Acun məni orada görüb müsabiqəyə çağırtdırmışdı. Mən “Varmısın Yokmusun?” müsabiqəsində iştirak etmək üçün onlara müraciət etməmişəm, onlar məni çağırıb”.

Şeyma sözügedən müsahibəsində Acuna olan hisslərini belə ifadə etmişdi:

“Acunla bir-birimizə aşiq olduğumuzu 1,5 ay sonra anladıq. Hisslərimiz zamanla dərinləşdi. Münasibətlərimizin sarsılmaz olduğunu iddia edə bilmərəm, amma asanlıqla ayrılmarıq. Çünki o qədər çətin dövr keçirdik ki… Hazırda bizə nə yalan, nə böhtan, nə də başqa bir adam təsir göstərə bilər. Çünki münasibətlərimiz sevgi hisslərindən daha üstündür. Bir-birimizlə açığıq. Ona qadınlardan gələn mesajları təxmin edərsən. Amma bizim telefonlarımız da həmişə ortalıqdadır, şifrələri də bilirik. O mənim hər şeyimi bilir, mən də onun hər şeyini bilirəm. Bəzi məsələlərdə güzəştə gedirəm, bəzən də o, güzəşt edir”.

Şeymanı çox qısqanıram, hətta onu narahat etməyə başlayıram

Acun isə oktyabr ayında “CNN Türk” kanalına verdiyi müsahibədə Şeymanı çox sevdiyini və onu qısqandığını demişdi:

“Şeyma həyatımın ən önəmli hissəsidir. Bu gün olduğum yerə görə ona minnətdaram. İlhamverici xarakteri var. O, enerjisi ilə məni pozitivə kökləyir, çalışır ki, daha çox yaradıcı olum. Evlilikdə diqqət, anlayış və hörmət vacibdir. Bunlar da Şeymada var. Onu çox sevirəm. Bəzən qısqanclıq dərəcəsi artır. Əlbəttə ki, qısqanıram, bəzən də çox qısqanıram və belə anlarda onu narahat etməyə başlayıram. Onda da başqa bir enerji var. Bu məsələni baş tərəfdən izah edim. Qadınlar bizim baxdığımız gözlə baxmır, geyim-kecimdə bu, çox mühmdür. Məsələn, paltar seçərkən siz əslində bizim baxdığımız nöqteyi-nəzərdən baxmırsınız. Mən Şeymanın paltarları barədə rəfiqəsi Handedən “Bundan narahat olursanmı?” deyə soruşuram. O, cavabında yox deyir. Amma mən narahat oluram, nə edəcəyik? Bu məsələlərdə qısqanxlığım həqiqətən var. Amma bir tərəfdən də baxıram ki, niyyətində pis heç nə yoxdur. O, sadəcə nəşəli geyinmək istəyir. Dərhal yanındakı bir neçə qıza bu barədə sual verirəm. Hətta Şeymanın geyimi ilə bağlı nə düşündüyünü öz qızımdan da soruşmuşdum. İstisna bir neçə detal xaricində ümumiyyətlə, çox narahat olmurlar. O zaman mən qısqanclığımla baş-başa qalıram və müdaxilə də etmirəm. Amma təbii ki, müdaxilə etdiyim anlar olub. Düzü, bu məsələlərdə narahat oluram. Bu, kişilərin çiləsidir. Təəssüf ki, siz qadınlar bu mövzuda bizə narahatlıq vermək üçün sözləşmisiniz.

Mən adrenalininin ən yüksək həddini İnstaqrama “Şeyma görəsən nə geyinib?” sualı ilə girən zaman yaşayıram. Orda adrenalin bum-bum-bum edir, həqiqətən motosikletdə 300 km sürətlə getməyə bərabərsdir”.

Xatırladaq ki, aparıcı və prodüser iki dəfə rəsmi nikahda olub. Onun ilk nikahından bir, ikinci nikahından isə 2 qızı var. TV 8 kanalının direktorunun Şeyma Subaşı ilə olan qeyri-rəsmi nikahından da daha bir qızı dünyaya gəlib. Cütlük arasında 20 yaş fərqi var.

Keçən ilin sentyabrında Fransanın Marsel şəhərində rəsmi nikaha daxil olan Şeyma Subaşı Sankt-Tropezdə keçirilən ehtişamlı toyuna 4 gəlinlik dəyişmişdi. Onun paltarlarının ümumi dəyəri 83 min dollar təşkil edirdi.

Xatırladaq ki, 48 yaşlı aparıcı və proədüser iki dəfə rəsmi nikahda olub. Acun Ilıcalı ilə Şeyma Subaşı arasında 20 yaş fərqi var.

Cütlüyün boşanma səbəbi kimi Şeyma Subaşının Acuna xəyanət etməsi iddia edilir./publika.az