Tribuna İnformasiya Agentliyi

ABŞ İrana qarşı sanksiyaların vaxtını uzatdı

16 Noyabr

ABŞ Nümayəndələr Palatası İrana qarşı tətbiq edilən sanksiyaları daha 10 il müddətinə uzadıb. 
ABŞ Nümayəndələr Palatası İrana qarşı tətbiq edilən sanksiyaları daha 10 il müddətinə uzadıb.

TİA.AZ-ın məlumatına görə, Palatanın 419 üzvü sanksiyaların uzadılmasını dəstəkləyib. Bir nəfər isə sənədin əleyhinə çıxış edib.

Qanun layihəsi təsdiqlənməsi üçün Senata təqdim ediləcək.

Qeyd edək ki, yeni layihə dekabrın 31-də qüvvədən düşəcək hazırkı qanunla eynidir.