Tribuna İnformasiya Agentliyi

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirəcək

26 Aprel

ABŞ Hərbi-Hava Qüvvələri bu gün ölkənin strateji nüvə qüvvələrinin əsasını təşkil edən “Minuteman III” qitələrarası ballistik raketi sınaqdan keçirəcək. 

ABŞ Hərbi-Hava Qüvvələri bu gün ölkənin strateji nüvə qüvvələrinin əsasını təşkil edən “Minuteman III” qitələrarası ballistik raketi sınaqdan keçirəcək.

TİA.AZ xəbər verir ki, raket ölkənin nüvə imkanlarını nümayiş etdirmək məqsədi ilə ABŞ Hərbi-Hava Qüvvələrinin Kaliforniya ştatındakı “Vandenberq” bazasından buraxılacaq.

Komandanlıq nümayəndəsi sınağın bir il əvvəldən planlaşdırıldığını və Koreya yarımadasındakı vəziyyətlə heç bir əlaqəsi olmadığını bildirib.

“Raket buraxılışı milli nüvə qüvvələrimizin statusunun yoxlanılması və nüvə imkanlarımızın nümayiş etdirilməsi üçün əhəmiyyətlidir”, – deyə polkovnik Con Moss bildirib. (apa)