Tribuna İnformasiya Agentliyi

ABŞ-ın dağılacağı tarix – Qorxulu proqnoz

09 Dekabr

Sovet İttifaqının çökəcəyini öncədən proqnozlaşdıran alim-sosioloq Yohan Qaltunq Trampla bağlı sensasiyalı fikir bildirib.  

Sovet İttifaqının çökəcəyini öncədən proqnozlaşdıran alim-sosioloq Yohan Qaltunq Trampla bağlı sensasiyalı fikir bildirib. 

O, Birləşmiş Ştatların Donald Trampın prezidentliyi dövründə sürətlənmiş süqut yaşayacağını deyib.

TİA.AZ “İndependent”ə istinadən məlumat verir ki, norveçli professor bu fikirləri 2009-cu ildə çap olunmuş “Amerika imperiyasının süqutu – bəs sonra nə?” kitabında yazıb.

Onun fikrincə, ABŞ 2020-ci ildə süqut edəcək. Bundan az əvvəl isə ölkədə faşizm baş qaldıracaq.

“Çöküşün iki üzü var. Başqa ölkələr yaxşı müttəfiq olmaq istəmirlər və ABŞ qırğınları yüksək hündürlükdən bombardmanlar, ofislərdən idarə olunan dronlar və xüsusi qüvvələrlə özü icra etməli olu. Bunların hər ikisi Şimali Avropanı çıxmaq şərtilə bu gün baş verir. Bu hal 2020-ci ildən o yana sürməyəcək. Odur ki, mən öz proqnozumun üstündə dururam”, – Qaltunq deyib.

Londondakı “Çatam Haus” analitik mərkəzinin ABŞ və Amerika proqramının rəhbəri Henia Vikett alimin proqnozunu düzgün saymır. O, ABŞ-ın 2020-ci ilədək qlobal qüvvə kimi süqut edəcəyi barədə iddianı tamamilə qeyri-realist adlandırıb:

“ABŞ bir neçə səbəbə görə qlobal gücdür. Onun dünyada ən güclü olan ordusu var. Onun universitetlər kimi bütün dünyada zərif qüvvə hesab olunacaq qüdrəti var. Onun güclü şirkətləri, mediası var. O, həm də dünyanın ən böyük iqtisadiyyatıdır. Bütün bunların qarşıdan gələn dörd ildə dəyişəcəyi ağlabatan deyil”.

Qeyd edək ki, Yohan Qaltunq bu vaxta qədər bir neçə mühüm tarixi hadisəni dəqiq proqnozlaşdırıb.

Bunların arasında Çində Tyananmen meydanı üsyanı və 11 Sentyabr terror hücumları var.