Tribuna İnformasiya Agentliyi

ABŞ açıqladı: dollar bütün dünyada bahalaşacaq

23 Fevral

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan edib. ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan edib.

TİA.AZn APA-ya istinadla verdiyi məlumata görə, bu barədə təşkilatın iki gün davam edən iclasının yekunlarına dair məlumatda deyilir.

FED-in Açıq Bazar Komitəsi üzvlərinin qənaətinə əsasən, ABŞ iqtisadiyyatında vəziyyətin yaxşılaşması və prezident Donald Trampın iqtisadi siyasət üzrə təklifləri artımı labüd edəcək.  

Qeyd edək ki, ötən ilin dekabrın 14-də  uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.