Abşeronda etiraz aksiyası: Tanınmış jurnalist-bloger saxlanıldı (VİDEO)backend

Abşeronda etiraz aksiyası: Tanınmış jurnalist-bloger saxlanıldı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində etiraz aksiyası keçirilib.
Qaynarinfo xəbər verir ki, aksiyaya səbəb qəsəbəyə suyun verilməməsi olub.
Əvvəlcə etirazçılar qəsəbə bələdiyyəsinin binası qarşısında toplaşıblar. Lakin daha sonra səlahiyyətlilərin onların qarşısına çıxmadığını görüb, Bakı-Şamaxı yolunu bağlayıblar.
Etirazçılar 3 aydır içməli su problemi ilə qarşılaşmalarından şikayət ediblər:
“Üç aydır içməli suya həsrət qalmışıq. Suyu maşınla alırıq. Hər ay 200 manat içməli suya pul veririk. Ərazidə kanalizasiya sistemi də yoxdur. Bərbad gündə yaşayırıq. Problemimizlə maraqlanan yoxdur”.
Aksiyayanı sosial şəbəkələrdə canlı yayımlayan jurnalist-bloger Bahadur Seyidov saxlanılıb. B.Seyidov hadisə ilə bağlı öz feysbuk profilində paylaşım da edib. O bildirib ki, maskasız ictimai yerdə olduğu üçün 100 manat cərimə olunub:
“Bu gün səhər saatlarında Aşağı Güzdək qəsəbəsində insanlar aylardır susuz qaldığı üçün etiraz aksiyası keçirdilər. Həmin aksiyada mən də iştirak etdim. Həm etiraz edən tərəf olaraq (çünkü orda yaşayıram) həm də jurnalist olaraq. Kanalımda canlı yayım açdım.
Bir qədər sonra polis yaxınlaşdı və niyə çəkliş etdiyimi soruşdu. Jurnalist olduğumu dedim. Vəsiqəmi göstərdim. Vəsiqəmi alıb rəisə verdilər. Vəsiqəm hələ də tapılmır. Sonra dedilər ki, maskan niyə yoxdu? Qolumu burub maşına saldılar. Halbuki həmin aksiyada iştirak edənlərin 80 faizinin maskası yox idi. Şöbədə növbətçi isə məni olduqca xoş qarşıladı və hətta su, çay da verdi. Bir müddət sonra dedilər ki, kütləvi yerdə maska taxmadığın üçün 100 manat cərimə olunursan. Düzdü, maska taxmamışdım. Ona görə də cəriməni ödədim”.
Jurnalist bildirib ki, onun saxlanmağı üçün göstərişi Abşeron rayonu icra başçısının verdiyini düşünür:
“Çünkü dəfələrlə qəsəbədəki sosial problemləri ictimailəşdirmişəm. Və bu yaxınlarda guya təxribat yaratdığım üçün Aşağı Güzdək bələdiyyə sədri tərəfindən Qobu polis idarəsinə şikayət olunmuşam. Hazırda evdəyəm hansısa əlavə təzyiqlərə məruz qalmayacağımdan əmin deyiləm”.
13.28
Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsinin sakinləri Bakı-Şamaxı magistral yolunun hərəkət hissəsini kəsiblər.
TİA.AZ “Report”a istinadən xəbər verir ki, onlar yaşadıqları ərazidə üç aydır içməli su problemi ilə qarşılaşmalarından şikayət ediblər.
“Üç aydır içməli suya həsrət qalmışıq. Suyu maşınla alırıq. Hər ay 200 manat içməli suya pul veririk. Ərazidə kanalizasiya sistemi də yoxdur. Bərbad gündə yaşayırıq. Problemimizlə maraqlanan yoxdur”, – sakinlər bildiriblər.