Abşeron milli parkında “açıq qapı” günü keçiriləcək – FOTObackend

Abşeron milli parkında “açıq qapı” günü keçiriləcək – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron milli parkının yaranması günü ilə əlaqədar fevralın 8-də milli parkda “açıq qapı” günü və maarifləndirici tədbirlər keçiriləcək, ziyarətçilər milli parka giriş haqqından azad olunacaq.

Bura gələrək siz Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Şah Dili adlanan ərazidə yerləşən və üç tərəfdən dənizlə əhatə olunan Abşeron milli parkının füsunkar təbiətini görmə, flaminqoları müşahidə edə bilərsiniz.

Qeyd edək ki, Abşeron milli parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə yaradılıb.