ABŞ və Polşa hərbi əməkdaşlığı gücləndirirbackend

ABŞ və Polşa hərbi əməkdaşlığı gücləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hərbçilərinin Polşadakı iştirakını gücləndirən Genişləndirilmiş Müdafiə Əməkdaşlığı Sazişi imzalanıb.

TİA.AZ xəbər verir ki, bu barədə “Twitter”də ABŞ-ın Polşadakı səfiri Corcetta Mosbaxer məlumat verib.

Qeyd olunub ki, bu saziş bu gün paytaxt Varşavada Polşa Prezidenti Anjey Duda, ABŞ-ın dövlət katibi Mayk Pompeo və Polşanın müdafiə naziri Mariuş Blaşakın iştirakı ilə imzalanıb.

Səfir bildirib ki, saziş ABŞ-ın Polşadakı hərbi iştirakının gücləndirilməsinə və uzadılmasına xidmət edəcək.

Qeyd edək ki, iki ölkə arasında razılaşma hələ iyulun 31-də əldə olunmuşdu.