ABŞ və İran arasında dəniz döyüşü – YENİ GÖRÜNTÜLƏR YAYILDIbackend

ABŞ və İran arasında dəniz döyüşü – YENİ GÖRÜNTÜLƏR YAYILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Oman dənizində iki gün əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin və vertolyotların İrana aid nəhəng “Southys” neft tankerini ələ keçirməsi cəhdi və İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələrinin bu cəhdin qarşısını alması barədə yeni videokadrlar yayılıb.
TİA.AZ virtualaz.org-a istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun helikopterindən çəkilmiş görüntülərdə tankeri ABŞ donanmasının iki döyüş gəmisinin və helikopterlərinin təqib etdiyi görünür. Daha sonra kiçik motorlu qayıqlarla hərəkət edən İnqilab Keşikçilərinin dənizçiləri tankerin göyərtəsinə qalxır və heyət üzvlərinin olduğu yerə tərəf gedirlər.
Kadrlardan görünür ki, Keşikçilər Korpusunun iriçaplı pulemyotlarla silahlanmış qayıqları ABŞ döyüş gəmilərini tankerdən uzaqlaşdırmağa çalışır, bu zaman ratsiya ilə atəş xəbərdarlığı edilir. Lakin atəş açılsaydı belə İnqilab Keşikçilərinin pulemyotla silahlanmış bir neçə kateri ABŞ döyüş gəmilərinə qarşı çətin ki, davam gətirərdi.
Xatırladaq ki, İran ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınmağa çalışaraq öz neftini müxtəlif yollarla müştərilərə çatdırmağa çalışır, ABŞ isə beynəlxalq sularda İran neftini daşıyan tankerləri ovlamağa çalışır. İndiyədək bir neçə dəfə ABŞ İran neftini ələ keçirməyə nail olub. Oman dənizində baş vermiş qarşıdurmada isə Keşikçilər Korpusu tankeri xilas edib İran ərazi sularına yönəldə biliblər. İran prezidenti İbrahim Rəisi bu nailiyyətə görə İnqilab Keşikçiləri Korpusuna təşəkkür edib. Pentaqon isə insidenti inkar edir.
Oman dənizində baş vermiş qarşıdurmanın görüntülərini təqdim edirik: