ABŞ və Belçikada Azərbaycanın diplomatik missiyalarına hücum edən ermənilər saxlanılıbbackend

ABŞ və Belçikada Azərbaycanın diplomatik missiyalarına hücum edən ermənilər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Los-Anceles və Brüsseldəki diplomatik missiyalarının yaxınlığında törədilən təxribatlarla əlaqədar saxlanılanlar var. Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayeva bugünki mətbuat konfransında məlumat verib.

Əsasən Los-Ancelesdə iyulun 21-də Azərbaycan Baş Konsulluğunun qarşısında aksiya zamanı azərbaycanlı qadını vuran erməni saxlanılıb. O, məhkəmə qarşısında dayanacaq.

Bundan əlavə, Brüssel polisi iyulun 22-də Azərbaycanın Belçikadakı səfirliyinin qarşısında iğtişaşların iştirakçısı olan 15 ermənini saxlayıb.

Xatırladaq ki, ermənilər səfirliyin ərazisində olan azərbaycanlıları daşa basaraq onlara xəsarət yetiriblər