ABŞ və Avropa İttifaqı Çinə qarşı bir araya gəlirbackend

ABŞ və Avropa İttifaqı Çinə qarşı bir araya gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pekin və Vaşinqton arasındakı əlaqələrin pisləşməsi fonunda Avropa İttifaqı ABŞ diplomatları ilə Çinə qarşı koordinasiyalı bir yanaşma formalaşdırmaq üçün dialoqa başlamağa razıdır”.

TİA.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cosep Borrell ABŞ dövlət katibi Antoni Blinken ilə NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirdiyi birgə mətbuat konfransında deyib.

Blinken isə Çini məcburetmə tədbirlərindən geniş istifadə etdiyinə görə kəskin tənqid edib. O, NATO müttəfiqlərinin Pekini dəf etmək üçün ABŞ-la birlikdə çalışmalarının vacibliyinə diqqət çəkib.

Dövlət katibi bildirib ki, ABŞ müttəfiqlərini Çinlə münasibətlərdə “biz və ya onlar” seçiminə məcbur etməyəcək: “Şübhəsiz ki, Pekinin məcburetmə davranışı kollektiv təhlükəsizliyimizi və rifahımızı təhdid edir. Pekin beynəlxalq münasibətlər sistemini,  bizim və müttəfiqlərimizin bölüşdüyü dəyərləri pozmaq üçün fəal şəkildə çalışır”.

Blinken əlavə edib ki, Çin Cənubi Çin dənizini hərbiləşdirir, yırtıcı iqtisadiyyatdan istifadə edir, intellektual mülkiyyəti oğurlayır və insan haqlarını pozur.

Dövlət katibi Çin hökumətini insan haqları ilə bağlı öhdəliklərini və digər narahatlıq doğuran məsələləri yerinə yetirməyə çağırıb. O, Çinin keçmişdə bu öhdəliklərə əməl etmədiyini vurğulayıb.