ABŞ və Avropa istehsalı Çindən çıxarıb aparır – Qloballaşmanın sonudur?backend

ABŞ və Avropa istehsalı Çindən çıxarıb aparır – Qloballaşmanın sonudur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika və Avropa şirkətləri növbəti 5 ildə təxminən 1 trilyon dollara qədər vəsait xərcləyərək, istehsal əməliyyatlarını Çindən çıxarmaq niyyətindədir. “Bank of Amerika” tərəfindən keçirilmiş sorğunun materiallarından aydın olur ki, qlobal sektor şirkətlərinin 80 faizi pandemiya dövründə tədarük zəncirinin dağılması ilə üzləşib. Bu da onların 75 faizini məcbur edir ki, istehsalı xaricdən qaytarmaq planlarını genişləndirsinlər.

Bundan əvvəl, çərşənbə axşamı Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trmp bəyan edib ki, istehsalı Çindən ABŞ-a qaytaran şirkətlərə vergi güzəştləri edəcək. ABŞ Ticarət Nazirliyi isə bazar ertəsindən başlayaraq, Çinin «Huawei Technologies Co.» telekommunikasiya şirkətinə yönəlik məhdudiyyətləri sərtləşdirib və faktiki olaraq, ABŞ texnologiyaları əsasında istehsal olunmuş bütün avadanlıqlara onun girişini dayandırıb.

Bankın materialında qeyd olunur ki, cari ilin yanvarında, hələ pandemiyaya qədər keçirilmiş sorğu «real və stuktur» tendensiyasının qloballaşmadan lokallaşmaya doğru istiqamətləndiyini göstərib.

Qeyd etmək yerinə düşərdi ki, bununla bağlı “Bank of Amerika”nın analitikləri investorlara mühəndis-tikinti və avadanlıq, avtomatlaşdırma, energetik və elektron avadanlıqlar istehsal edən şirkətlərin səhmlərini almağı tövsiyə edirlər və hesab edilər ki, onlar istehsalın lokallaşdırılması trendi nəticəsində uda bilərlər.

AzPolitika.info