Tribuna İnformasiya Agentliyi

ABŞ Türkiyəni yeni sanksiyalarla hədələdi

17 Oktyabr

Rəsmi Ankara Suriyanın şimalındakı “Barış Pınarı” əməliyyatını dayandırmasa, ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib.

ABŞ prezidenti Donald Tramp daha əvvəl bildirib ki, vitse-prezident Mayk Pens və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutacaq danışıqlar uğurla yekunlaşmasa, Türkiyə iqtisadiyyatını “dağıdıcı” nəticələr gözləyir.

 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında “Barış Pınarı” anti-terror əməliyyatına başlayıb.