Tribuna İnformasiya Agentliyi

ABŞ tarixinin ən savadlı jurnalisti vəfat etdi

22 Avqust

Məşhur amerikalı teleaparıcı Cek Perkins 85 yaşında dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “The Washington Post” yazıb.

Mərhumun oğlu Erikin sözlərinə görə, atası son illər parkinson xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Perkins jurnalist karyerasına “NBC” telekanalında xarici büro müxbiri kimi başlayıb. O, 1960-cı illərin ən əsas hadisələrini (Vyetnam müharibəsi, prezident Con Kennedinin qətli və s.)  işıqlandırıb.  Daha sonra o, kanalın Kaliforniya ştatındakı şəxsi müxbiri olub. Jurnalist 1968-ci ildə öldürülən Robert Kennedinin ölümünü işıqlandırdıqdan sonra məşhurlaşıb. O, ümumilikdə, 21 il müxbir işləyib. Daha sonra o, “NBC”nin Los-Anceles filialında yerli xəbərlərin aparıcısı olub. 1986-cı ildə işdən ayrılan Perkins həyat yoldaşı ilə Men adasına köçüb. 5 ildən sonra teleaparıcı “A&E” kabel kanalından əməkdaşlıqla bağlı təklif alıb. O, “Biography” layihəsinə aparıcılıq edib.  “Associated Press” agentliyinin versiyasına görə, Perkins ABŞ tarixində ən savadlı jurnalist olub.