Tribuna İnformasiya Agentliyi

ABŞ Suriyaya zərbə endirdi – 25 ölü

01 May

ABŞ-ın başçılığı altında koalisiya qüvvələrinin qırıcıları Suriyanın Haseke əyalətində terrorçu İŞİD qruplaşmasının mövqeyini vurub, nəticədə Əl-Fadil kəndində 25 dinc sakin ölüb

Hadisə əyalətin mərkəzindən 60 km cənub-şərqdə qeydə alınıb.
Hava hücumu nəticəsində ölənlərin əksəriyyətinin uşaq və qadın olduğu bildirilir.
Xatırladaq ki, bu ərazi İraqla Suriya arasındakı sərhəddə yerləşir. 2016-cı ildə İŞİD Hasekəyə aid Şedadi və Hol kəndlərindən çıxmaqla bölgədəki ən əhəmiyyətli mövqeyini itirmişdi.“Report”