ABŞ sözünün üstündə durdu: Ukrayna ordusuna “Stinger” raketi verdibackend

ABŞ sözünün üstündə durdu: Ukrayna ordusuna “Stinger” raketi verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ Ukrayna ordusuna “Stinger” raketi verib.
TİA.AZ Qərb mediasına istinadən xəbər verir ki, ABŞ Ukraynaya yüzlərlə “Stinger” hava hücumundan müdafiə raketi verib.
Amerika mediasına danışan, adlarının açıqlanmasını istəməyən bəzi konqres mənbələri ABŞ rəhbərliyinin Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım olaraq yüzlərlə “Stinger” hava hücumundan müdafiə raketi verdiyini bildirib. Mənbələr bu həftə cəmi 200 “Stinger” raketinin gətirildiyini bildirib. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya quru və hava elementlərinə qarşı mübarizə aparacaq silahları verdiklərini açıqlasa da, bunların təfərrüatları və rəqəmləri barədə məlumat verməkdən çəkinir.
Qeyd edək ki, “Stinger” raketləri qısa mənzilli və orta hündürlükdə uçuş aparan nəqliyyat vasitələrinə qarşı effektiv çiyin atışlı hava hücumundan müdafiə sistemi kimi tanınır. ABŞ daha öncədən Ukraynaya bu raketləri verəcəyini açıqlamışdı.