Tribuna İnformasiya Agentliyi

ABŞ “Skripal işi”nə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

03 Dekabr

ABŞadministrasiyası “Skripal işi” ilə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyaların ikinci hissəsini tətbiq etmək niyyətindədir.

TİA.AZ  TASS-a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin nümayəndəsi deyib.

“Biz sanksiyalarla bağlı qərarları qabaqlamaq istəmirik, lakin qanunvericiliyin tələblərini icra etmək niyyətindəyik”, — deyə idarədən bildirilib.

Bundan əvvəl Rusiya “Skripal işi” ilə bağlı Britaniyaya nota verib.