Tribuna İnformasiya Agentliyi

ABŞ sahillərinə yaxınlaşan “Maykl” qasırğası 3-cü dərəcəyə qədər güclənib

10 Oktyabr

Meksika körfəzində yaranan “Maykl” qasırğası 5 mümkün dərəcədən 3-cü dərəcəyə yüksəlib.

Ternd-in Qasırğalar barədə Xəbərdarlıq üzrə ABŞ Milli Mərkəzinə istinadən verdiyi məlumata görə, hazırda qasırğa Florida sahillərinə tərəf hərəkət edir. Küləyin sürəti saatda 195 kilometrə çatır.

Florida sakinlərinə güclü külək, leysan yağışlar və mümkün daşqınlar barədə xəbərdarlıq edilib. Hazırda qasırğa Florida ştatında 435 kilometr aralıdadır və saatda 19 kilometr sürətlə ştata yaxınlaşır.