ABŞ Rusiyaya sanksiya tətbiq etdibackend

ABŞ Rusiyaya sanksiya tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ Prezidenti Co Bayden Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.
Bu barədə TASS xəbər yayır.
Xüsusilə, ABŞ Rusiyanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin 10 işçisini ölkədən çıxarır. Bundan əlavə, ABŞ şirkətlərinə Rusiyanın Mərkəzi Bankı, Rusiya Milli Rifah Fondu və ya Rusiya Maliyyə Nazirliyi tərəfindən buraxılan qiymətli kağızları birbaşa almaq qadağan edilir.
Bunlarla yanaşı, ABŞ hesab edir ki, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti “SolarWinds”ə edilən kiberhücumda məsuliyyət daşıyır.
ABŞ Maliyyə Nazirliyi ölkəsindəki seçkilərə Rusiyadan qaynaqlanan müdaxilə ilə əlaqəli 16 quruma və 16 şəxsə qarşı sanksiya tətbiq edib.