ABŞ Rusiyanın daha 73 təyyarəsinə uçuş qadağası qoyubbackend

ABŞ Rusiyanın daha 73 təyyarəsinə uçuş qadağası qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ticarət Nazirliyi Rusiyaya qarşı ölkənin ixrac nəzarətini pozanların siyahısına daha 73 təyyarə əlavə edib.

TİA.AZ bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Agentlik, həmçinin tərəfdaş ölkələrdə sahiblərinə qaytarılmasına icazə verilən 12 təyyarəni siyahıdan çıxarıb.

Bundan əvvəl ABŞ Ticarət Departamenti 33-ü “Aeroflot”a, digəri isə iş adamı Roman Abramoviçə məxsus olan 100 təyyarəyə uçuş qadağası elan edib.

Abramoviç və “Aeroflot”un təyyarələri ilə yanaşı, “AirBridgeCargo” yük şirkətinin təyyarələri, “Aviastar-TU” daşıyıcısı, “Azur Air”, “Nordwind” və “Utair” də məhdudiyyətlərə məruz qalıb. Bu təyyarələri xüsusi icazə olmadan idarə etmək həbs və cərimələrlə nəticələnə bilər.