ABŞ Rusiyanı Avropanın neft bazarından sıxışdırırbackend

ABŞ Rusiyanı Avropanın neft bazarından sıxışdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ayda Amerika Birləşmiş Ştatları (ABŞ) Avropaya neft tədarükünü artırıb və yerli emalçıların üstünlük verdiyi ənənəvi Ural sortunu sıxışdırmağa başlayıb. Bu barədə treyderlərə istinadla, «Röyter» agentliyi xəbər verir.

“Refinitiv Eikon” gəmilərinin hərəkətinin izlənməsi məlumatlarına əsasən, ABŞ-dan Avropaya neft göndərilməsi iyul ayında ilk dəfə olaraq, OPEK+ razılaşmasının (may) qüvvəyə minməsindən sonra iyun ayı ilə müqayisədə 600 min ton artıb. İyunda tədarük təxminən, may ayı səviyyəsində olub («PRAYM»).

Agentliyin qeyd etdiyi kimi, ABŞ hələlik ixracı artırır, Rusiya OPEK+ sövdəsinə əməl etmək üzərində işləyir. Bunun nəticəsində Avropaya Rusiya neftinin tədarükü may ayından başlayaraq, planlı şəkildə azalır və artıq son 20 ilin minimal səviyyəsinə düşüb.

Xatırladaq ki, JODİ-nin bundan əvvəlki məlumatına görə, 2020-ci ilin mayında Rusiya neft hasilatı üzrə dünyada ikinci yerə qayıdıb (gündə 8,928 milyon barell). ABŞ dünya liderliyini saxlayıb, Səudiyyə Ərəbistanı isə üçüncü pilləyə düşüb