ABŞ: Rusiyada Stalinist rejimin reenkarnasiyası baş verirbackend

ABŞ: Rusiyada Stalinist rejimin reenkarnasiyası baş verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-da NBC News Stalinin Rusiyada yenidən yüksəlməsinə dair xəbərlərlə gündəmə gəlib. Məqalə müəllifi qeyd edir ki, Rusiya Federasiyasının bütün sakinləri Stalinist irsi qəbul etmirlər. Lakin onun fikrincə, “qanlı rejim”in reenkarnasiyası artıq başlayıb.
TİA.AZ  xəbər verir ki, məqalədə mərkəzi Rusiyaın Bor kiçik əyalət şəhərində İosif Stalinə abidənin açılması təsvir edilib.
“Stalin ölkənin ən yaxşı sahibi olub. Müharibədə qalib gəlib və xarabalığa çevrilmiş ölkəni bərpa edib”, –  abidənin sponsoru, 44 yaşlı biznsmen Aleksey Zorov deyib.
Materialın müəllifinə görə, Stalin obrazının ictimai şəkildə bərpası Rusiyanı bürümüş ictimai və siyasi gərginliyi əks etdirir. Bunun səbəbi bir çox insanlar üçün Stalinin xatirəsinin milli böyüklük dövrünü xatırlatmasıdır.
Bununla yanaşı, Stalinə “zalım” deyən və onunla qorxu və repressiya dövrünü eyniləşdirənlər də az deyil.
Məqalədə Rusiyada Stalinə abidə quraşdırılmasının tək bir hadisə olmadığı vurğulanır: “Son illərdə ölkənin hər yerində bu insana nasistləri məğlub edən və ölkənin sənayeləşmə dövrünə rəhbərlik edən milli qəhrəman kimi həsr olunmuş heykəllər ucaldılıb”.
Anket sorğuları göstərir ki, əksəriyyət hələ də Stalini müsbət qiymətləndirir.
Keçmiş Sovet dissidenti və hazırda Moskva Helsinki Qrupunun fəallarından biri olan Valeri Borşçev Stalinin qəhrəman obrazını Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəstəkləndiyini hesab edir.