ABŞ Putinin ətrafındakı şəxslərə sanksiya tətbiq edə bilərbackend

ABŞ Putinin ətrafındakı şəxslərə sanksiya tətbiq edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ gələn həftə prezident Vladimir Putinə yaxın olanlara qarşı sanksiya tətbiq edə bilər.
TİA.AZ xəbər verir ki, bu haqda CNN-ə adı açıqlanmayan ABŞ səlahiyyətlilərindən biri məlumat ötürüb.
Bir gün əvvəl telekanal sanksiyaların Co Bayden administrasiyası tərəfindən artıq gələn həftə tətbiq oluna biləcəyini bildirib. Eyni zamanda kanalın mənbələri sanksiyaların təfərrüatlarını açıqlamayıb.
Bu gün səhər saatlarında ABŞ prezidenti Co Bayden prezident Putinin Rusiyanın 2020-ci il ABŞ seçkilərinə müdaxilə etməsinin bədəlini ödəyəcəyini deyib. Beləliklə, Bayden Rusiya hakimiyyət orqanlarının seçki kampaniyası dövründə Baydeni və üzv olduğu Demokratik Partiyanı nüfuzdan salmaq üçün çalışmasıyla bağlı son kəşfiyyat hesabatına münasibət bildirib.