backend

ABŞ PKK-ya zenit-raket kompleksi verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Türkiyənin sərt etirazlarına baxmayaraq, PKK terror təşkilatını dəstəkləməkdə davam edir. 

ABŞ Türkiyənin sərt etirazlarına baxmayaraq, PKK terror təşkilatını dəstəkləməkdə davam edir.

TİA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Vaşinqton prezident Barak Obamanın təsdiqini gözləmədən YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı – red.) 7 vertolyot silah göndərib.

PYD-nin də daxil olduğu Suriya Demokratik Güclərindən (SDG) bir səlahiyyətli silahların YPG-nin nəzarətindəki Ayn İsaya endirildiyini bildirib. İŞİD-i SDG gücləri ilə məğlub etməyə çalışan ABŞ silah təchizatını Rakka əməliyyatının ikinci mərhələsi üçün edir.

SDG-li səlahiyyətli koalisiya ölkələrindən Rakka əməliyyatında istifadə edilməsi üçün müasir silahlar aldığını bildirib. Göndərilən silahlar arasında “Stinqer” Amerika daşınabilən zenit-raket kompleksi və zirehli texnikaya qarşı istifadə oluna raketlərin olduğu bildirilir.