ABŞ Nikolas Maduronun prezidentliyini tanımadığını açıqlayıbbackend

ABŞ Nikolas Maduronun prezidentliyini tanımadığını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Venesuelada Nikolas Maduronun prezidentliyini tanımır və bu ölkənin rəhbərliyinə təzyiq etmək üçün bütün tədbirləri görəcək”.

TİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib.

“Birləşmiş Ştatlar Venesuela diktatoru Nikolas Maduronun qanunsuz hakimiyyət iddialarına qarşı çıxır. Onun 2018-ci ilin may ayındakı “seçkilər”ini bütün dünya qeyri-azad, qeyri-dürüst, etimada layiq olmayan syaıb. Biz qanunsuz Maduro rejiminin öz rəhbərlərini azad seçmək haqqını ucadan tələb edən bütün venesuelalıların təhlükəsizliyinə birbaşa cavabdeh olduğunu düşünür və Venesuelada demokratiyanı bərpa etmək üçün ABŞ-ın bütün iqtisadi və diplomatik qüdrətini bundan sonra da işə salacağıq”, – deyə Ağ Ev rəsmisinin yazılı bəyanatında qeyd olunub.