Tribuna İnformasiya Agentliyi

ABŞ millisinin müdafiəçisi oyun vaxtı meksikalı futbolçunu boyuna görə ələ salıb- VİDEO

12 Sentyabr

ABŞ milli komandasının futbolçusu Met Miazqa yoldaşlıq matçında Meksika yığmasının hücumçusu Dieqo Laynesi ələ salıb.

“Report” xəbər verir ki, 23 yaşlı müdafiəçi matçın ikinci yarısında ikili mübarizədən sonra rəqibinin boyunun kiçik olmasını əli ilə ona nümayiş etdirib.

Bundan sonra futbolçular arasında toqquşma baş verib. Laynes hadisə yerindən uzaqlaşsa da, Miazqa eyni hərəkəti göstərməkdə davam edib.

Qeyd edək ki, ABŞ-ın müdafiəçisi Met Miazqanın boyu 1.91 metr, Laynesin boyu isə 1.67 metrdir. Görüş ABŞ-ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.