ABŞ kəşfiyyatı yeni koronavirusun mənbəyi ilə bağlı hesabatını yayıbbackend

ABŞ kəşfiyyatı yeni koronavirusun mənbəyi ilə bağlı hesabatını yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ kəşfiyyatı yeni koronavirusun bioloji silah kimi yaradılmadığına inanır. Birləşmiş Ştatlar kəşfiyyatı hesab etmir ki, yeni koronavirus bioloji silah kimi yaradılıb. TİA.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Milli Kəşfiyyat Direktoru Aparatının saytında dərc olunmuş hesabatda deyilir.

“Hesab edirik ki, virus bioloji silah kimi hazırlanmayıb”, – sənəddə deyilir.

Ölkənin kəşfiyyat orqanlarının əksəriyyəti də virusun “ola bilsin, genetik olaraq dəyişdirilmədiyini” güman edir. Bununla belə, kəşfiyyat orqanı hesab edir ki, bu cür qiymətləndirmələr üçün “kifayət qədər məlumat yoxdur”.