ABŞ kəşfiyyatı: “Rusiya Ukraynada mövcud hərbi texnikasının 10 faizini itirib”backend

ABŞ kəşfiyyatı: “Rusiya Ukraynada mövcud hərbi texnikasının 10 faizini itirib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya qoşunları mövcud hərbi texnikasının 10 faizini Ukraynada itirib”.

TİA.AZ xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ kəşfiyyatının hesabatına əsasən məlumat yayıb.

Bildirilib ki, Rusiya Ukraynada hərbi əməliyyatlar keçirdiyi iki həftə ərzində fəaliyyətdə olan hərbi texnbikasını 8 faizdən 10 faizədək itirib. Hazırda bu texnika ya məhv edilib, ya da yarasız hala gətirilib. Bildirilib ki, itirilən texnikaya tank, təyyarə, artilleriya və başqa hərbi əmlak daxildir. Bu, ötən həftədəki itkidən iki dəfə çoxdur.

Kəşfiyyatın məlumatına görə, Rusiya ötən həftə hərbi texnikasının 3-5 faizini itirmişdi.

ABŞ Müdafiə Nazirliyinin hesabatına əsasən, Rusiya Ukraynada hərbi gücünün, təxminən, 100 faizini istifadə edir.