Tribuna İnformasiya Agentliyi

ABŞ İrandan 104 milyon dollar istəyir

11 Sentyabr
ABŞ Federal Məhkəməsi İranın 104 milyon dollar ödəməsi barədə qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, 1996-cı ildə Səudiyyə Ərəbistanında hücuma məruz qalan ABŞ əsgərlərinin ölümünə İran ittiham edilir. Qərara görə, İran bu məbləği hadisə zamanı zərərçəkənlərin yaxınlarına təzminat kimi verməlidir. Təzminatın neçə nəfərin ölümünə görə veriləcəyi və qərarın necə icra ediləcəyi barədə məlumat qeyd edilməyib.
Qeyd edək ki, Hobar Qalaları hücumu adlanan hadisəyə görə İran əleyhinə qərar çıxarılması üçün 1300 nəfər mübarizə aparırdı.