ABŞ “İncirlik” aviabazasına alternativ axtarır – Yunanıstandabackend

ABŞ “İncirlik” aviabazasına alternativ axtarır – Yunanıstanda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Türkiyənin cənubundakı Adana əyalətində yerləşən strateji «İncirlik» aviabazasını tərk etməyi planlaşdırır və mümkündür ki, orada yerləşmiş amerikalı personalı yunan adalarından birinə köçürsün.

Bu barədə ABŞ Senatının beynəlxalq münasiətlər üzrə alt komitəsinin sədri Ron Conson bəyan edib. Xəbəri sentyabrın 15-də Türkiyənin «Daily Sabah» qəzeti yayıb.

«Biz «İncirlik»lə nə olacağını bilmirik. Yaxşıya ümid edirik, amma daha pisini planlamalıyıq» – deyə, respublikaçı-senator «Washington Examiner» nəşrinə verdiyi müsahibədə bildirib.

Consonun sözlərinə görə, ABŞ sözügedən hərbi-hava obyektində tam iştirakını saxlamaq və ümumilikdə, Türkiyə ilə əməkdaşlıq etmək əhvalındadır. ABŞ bu addımı ən son ana saxlamaq niyyətindədir.

«Biz, artıq Yunanıstanı alternativ qismində nəzərdən keçiririk», – deyə Conson bildirib və əlavə edib ki, ABŞ Krit adası rayonunda özünün hərbi iştirakını artırır.