ABŞ-ın yeni raketi Rusiyanın S-400-nü hədəf alıbbackend
ABŞ-ın yeni Precision Strike Missile (PrSM) raketləri Rusiyanın S-400 Hava hücumundan müdafiə sistemlərini yara bilər.
TİA.AZ  “Breaking Defense” nəşrinə istinadən xəbər verir ki, bunu amerikalı general Con Rafferti deyib.
“Mənzili 500 km artıq olan raket bir başa Rusiyanın S-400 “Triumf” Hava hücumundan müdafiə sistemlərini yarmağa hesablanıb”, deyə Rafferti bildirib.
Onun sözlərinə görə, yeni raketlərin istifadəsi yalnız ABŞ-ın Orta və Uzaq Mənzilli raketlərin məhv edilməsi anlaşmasından çıxmasından sonra baş verə bilər.