backend

ABŞ-ın yeni prezidenti dünyaya səsləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hillari Klinton illərlə ölkəmiz üçün çalışdı, buna görə ona təşəkkür edirəm.” 

 

“Hillari Klinton illərlə ölkəmiz üçün çalışdı, buna görə ona təşəkkür edirəm.”

 

TİA.AZ xəbər verir ki, bu sözləri ABŞ-ın yeni prezidenti Donald Tramp qələbə çıxışı zamanı deyib.

 

“Artıq birləşmək zamanıdır. Respublikaçılar və Demokratlar birləşməlidir. Hər bir vətəndaşıma söz verirəm, bütün ABŞ əhalisinin prezidenti olacağam. Bu, mənim üçün çox əhəmiyyətlidir. Məni dəstəkləməyənlərə demək istəyirəm ki, sizin köməyinizə ehtiyacım var, ölkəmizi zirvələrə birlikdə qaldıracağıq.

 

Buradan bütün dünyaya səslənirəm: Bəli, ABŞ-ın maraqları ön planda olacaq, amma biz hər kəslə ortaq mövqeyi bölüşmək üçün yollar axtaracağıq. Biz ortaqlıq istəyirik, müharibə deyil”, – Tramp bildirib.