“ABŞ-ın sanksiya təhdidləri Rusiyanı dayandırmaq üçün yetərli deyil” – Zelenskibackend

“ABŞ-ın sanksiya təhdidləri Rusiyanı dayandırmaq üçün yetərli deyil” – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Cozef Baydenin Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqlar zamanı səsləndirdiyi iqtisadi sanksiyalarla bağlı təhdidlər Moskvanı dayandırmaq üçün hələ yetərli deyil”.

TİA.AZ xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində deyib.

“ABŞ və Rusiya liderləri arasındakı danışıqlardan sonra sərhədlərimizə yaxın hərbi eskalasiyada azalma yoxdur. Əksinə, Azov dənizində yeni eskalasiya vəziyyəti yaranıb”, – o bildirib.

Qeyd edək ki, rəsmi Kiyev və Qərb dövlətləri bu yaxınlarda Rusiyanın Ukrayna sərhədləri yaxınlığında aqressiv hərəkətlərinin güclənməsindən narahat olduqlarını bildiriblər.