ABŞ-ın borcu limitini aşmasına az qaldıbackend

ABŞ-ın borcu limitini aşmasına az qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ sentyabrın əvvəlində aşağı vergi gəlirləri səbəbindən defoltla (borc öhdəlikləri üzrə ödənişlərin icra edilməsi mümkünsüzlüyü və yaxud bilərəkdən ödənişin dayandırılması – red.) qarşılaşa bilər.

Bu məlumatı “Bloomberg” agentliyi paylaşıb.

Məlumata görə, əgər Konqres dövlət borcu limitinin artırılması barədə qərar qəbul etməsə, ABŞ sentyabrın əvvəlində dövlət borcu limitini aşa bilər.

Agentliyin İqtisadi siyasət şöbəsinin rəhbəri Şay Akabas Konqresin lazımi qərarı qəbul etmədən məzuniyyətə getməməli olduğunu açıqlayıb. Onun sözlərinə görə, Vaşinqton əks halda öz kredit öhdəliklərini icra edə bilməyəcək.

Qeyd edək ki, Konqres 26 iyulda məzuniyyətə getməli idi.