ABŞ-ın atom sualtı qayığı qəzaya uğradıbackend

ABŞ-ın atom sualtı qayığı qəzaya uğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Oktyabrın 2-də Cənubi Çin dənizində Amerikanın “USS Connecticut” atom sualtı qayığının toqquşduğu naməlum obyektin dəniz dağı olduğu ortaya çıxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
“Araşdırma zamanı məlum olub ki, “USS Connecticut” Hind-Sakit Okean regionunda beynəlxalq sularda iş apararkən xəritələrdə qeyd olunmayan dəniz dağı ilə qarşılaşıb”, – deyə nazirliyin yaydığı məlumatda deyilir.
Bildirilir ki, istintaqın nəticələri baxılmaq üçün ABŞ-ın Yeddinci Donanmasının komandiri, vitse-admiral Karl Tomasa verilib.