ABŞ-ın ATƏT nümayəndəsi: Rusiya Krıma 25.000-ə qədər əlavə hərbçi göndəribbackend

ABŞ-ın ATƏT nümayəndəsi: Rusiya Krıma 25.000-ə qədər əlavə hərbçi göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Krıma əlavə 15-25 min əsgər göndərib.
TİA.AZ xəbər verir ki, bu sözləri ABŞ-ın ATƏT-dəki missiyasının nümayəndəsi Kortni Avstrian deyib. Onun sözlərinə görə, hazırda 2014-cü ildən bəri Rusiya hərbi personalının maksimum sayı Ukrayna ilə sərhədlərin yaxınlığında 30 mindən çoxdur.
“Bu saya piyadalar, tank taburları, helikopterlər, hava hücumundan müdafiə sistemləri daxildir… S-400, qırıcılar və sahil müdafiə qanadlı raketlər kimi müasir hava müdafiə sistemləri də Krımda yerləşdirilib”, – “Kommersant”ın Avstriandan gətirdiyi sitatda deyilir.
Bundan əvvəl Ukraynanın Müdafiə naziri Andriy Taran ölkə sərhədləri yaxınlığındakı Rusiya əsgərlərinin sayının 110 minə çatacağını proqnozlaşdırmışdı.