ABŞ generalı: Ukraynaya MiQ-29 yox, tank və zenit silahları lazımdırbackend

ABŞ generalı: Ukraynaya MiQ-29 yox, tank və zenit silahları lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-ın Avropa Komandanlığının komandanı general Tod Uolters hesab edir ki, Ukrayna ordusuna dəstək vermənin ən effektiv yolu MiQ-29 qırıcıları deyil, əlavə tank və zenit silahlarıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə “Avropa həqiqəti” CNN-ə istinadla yazıb.
Pentaqonun spikeri Con Kirbinin ilkin bəyanatını təkrarlayan Uolters bildirib ki, ukraynalılar “indi bu silahlardan çox istifadə edirlər” və bu, Rusiya hərbi təyyarələrinin sərbəst fəaliyyət imkanlarını məhdudlaşdırır.
O, əlavə edib ki, Ukraynada artıq hər gün uçan “çoxsaylı” təyyarələr var və əlavə təyyarələr Ukrayna Hərbi Hava Qüvvələrinə nisbi üstünlük verməyəcək.
“Ona görə də ümumi üstünlüyün aşağı olacağını təxmin edirik”, – general bildirib.
Onun sözlərinə görə, üstəlik MiQ-29-un verilməsi münaqişənin gərginləşməsi riski daşıyır.
Bundan əvvəl Pentaqon bildirmişdi ki, ABŞ Ukraynaya döyüş təyyarələrinin, xüsusən də Polşanın MiQ-29 qırıcılarının verilməsini dəstəkləmir.
Polşa Xarici İşlər Nazirliyi çərşənbə axşamı elan edib ki, özünün MiQ-29 təyyarəsini Almaniyadakı Ramşteyn aviabazasında yerləşdirməyə və ABŞ-a təhvil verməyə hazırdır. Agentlik alyansın başqa belə təyyarələri olan digər üzvlərini də eyni şeyi etməyə çağırıb.
Dövlət Departamenti Polşanın təklifinin ABŞ üçün gözlənilməz olduğunu bildirib.