Tribuna İnformasiya Agentliyi

ABŞ gələcəyin hərbi dronunu göstərdi – VİDEO

16 May
ABŞ müdafiə nazirliyinin perspektivli tədqiqat layihələri idarəsi “Gremlins” proqramı çərçivəsində havaya buraxılan kiçik uçan aparatların imkanlarını əks etdirən videoçarxı təqdim edib.
Həmin video qurumun “YouTube” səhifəsində dərc olunub.
Məlumata əsasən, hər bir “Qremlin” dronu təxminən 20 uçuş üçün nəzərdə tutulub. Uçuşlar  arasındakı texniki qulluq müddəti bir günə yaxın davam edir.
Pilotsuz uçan aparatların daşıyıcısı qismində “C-130 Hercules” hərbi-nəqliyyat təyyarəsindən istifadə olunur.Habelə gələcəkdə onun beşinci nəsil “F-22 Raptor” və “F-35 Lightning II” qırıcılarına inteqrasiyası istisna edilmir.
Hərbi dronların hazırlanmasını “Dynetics” şirkəti həyata keçirir. Tərtibatın 2019-cu ilin sonunda başa çatacağı gözlənilir.
Rusiya isə belə dronların zərərsizləşdirilməsi üçün çoxfunksiyalı “Pişal”, “Taran” və “Sapsan” kompleksləri yaradır.(oxu.az)