ABŞ Əfqanıstana zərbə endirdi: İŞİD lideri məhv oldubackend

ABŞ Əfqanıstana zərbə endirdi: İŞİD lideri məhv oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hərbi qüvvələri Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinə hava zərbələri endirib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığı məlumat verib.

“Nanqarhar əyalətinə pilotsuz hava zərbəsi endirildi. İlkin məlumatlara görə, hədəf məhv edilib. Mülki əhali arasında itki yoxdur”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, İŞİD terror təşkilatının bir döyüşçüsü pilotsuz təyyarənin köməyi ilə məhv edilib.

Bu hava hücumu avqustun 26-da Kabil aeroportu yaxınlığında törədilən terror aktına cavab olub. Hücum nəticəsində 13 ABŞ hərbçisi və 170-dən çox mülki şəxs ölüb. İŞİD silahlıları hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü və ABŞ Prezidenti Co Bayden bu hücuma cavab verəcəyini açıqlamışdı.