ABŞ Donbass tənzimləməsinə qoşulur – Ukrayna Baş nazirinin müavinibackend

ABŞ Donbass tənzimləməsinə qoşulur – Ukrayna Baş nazirinin müavini

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donbassda tənzimləmə «daha geniş formatda» müzakirə olunacaq.

Bu barədə Ukrayna Baş nazirinin müavini Olqa Stefanşina xəbər verib.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) bu mövzuya prezidentlər Co Bayden və Vladimir Zelenskinin görüşündən sonra qoşulub.

«Bu görüşdən başlayaraq, Donbassa aid bütün məsələlər istisnasız olaraq, yalnız Normand formatında yox, ABŞ-ın da daxil oluğu daha geniş formatda müzakirə olunacaq» («TASS» İA-nin sitatı).

Sentyarın 1-də Co Baydenlə görüşdə Vladimir Zelenski Vaşinqtona Donbass tənzimləməsinə qoşulmağı təklif edib. O, həm də ABŞ Prezidentindən xahiş edib ki, tanınmamış “Donbass respublikası”nda və Rusiyada həbsdə saxlanan 450 nəfərin azad olunmasına kömək etsin.