ABŞ-dan Rusiyada səfərbərlik elan edilməsinə – SƏRT REAKSİYAbackend

ABŞ-dan Rusiyada səfərbərlik elan edilməsinə – SƏRT REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın işğal olunmuş ərazilərində “referendumlar” və Rusiya Federasiyasında səfərbərlik qərarı Rusiyanın zəifliyi və uğursuzluğunun əlamətləridir”.

TİA.AZ xəbər verir ki, bu sözləri ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink öz Twitter səhifəsində yazıb.
“Saxta referendumlar və səfərbərlik Rusiyanın zəifliyi və uğursuzluğunun əlamətidir. ABŞ Rusiyanın guya ilhaq edilmiş Ukrayna ərazisinə dair iddialarını heç vaxt tanımayacaq və biz Ukraynanı dəstəkləməyə davam edəcəyik” deyə o yazıb.
Xatırladaq ki, Rusiya prezidenti Putin Rusiyada qismən səfərbərlik elan edib. Müraciətində o, həmçinin dünyanı nüvə silahı ilə hədələyib.