ABŞ-dan QARABAĞ TƏKLİFİ: “İŞĞAL ALTINDAKI TORPAQLAR BMT-nin NƏZARƏTİNƏ VERİLSİN”backend

ABŞ-dan QARABAĞ TƏKLİFİ: “İŞĞAL ALTINDAKI TORPAQLAR BMT-nin NƏZARƏTİNƏ VERİLSİN”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişə ilə bağlı münaqişə davam edir. Mütəmadi olaraq işğal olunmuş ərazilərimizlə yanaşı, dövlət sərhəddimizdə də təxribatlar törədən erməni tərəfi münaqişənin həlli məsələsində müxtəlif bəhanələr gətirərək, geri çəkilmək fikrində deyil. Artıq beynəlxalq təşkilatlar, həmçinin münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupu da danışıqların başlanmasına ümid etmirlər.
Bu günlərdə isə həmin vasitəçilərdən biri olan ABŞ-dan Qarabağla bağlı yeni bir təklif gəlib. Təklifi irəli sürən isə ATƏT-in Minsk Qrupunda ABŞ-ı təmsil etmiş keçmiş həmsədr Riçard Hoqlanddır. Tia.az xəbər verir ki, Hoqland ötən günlərdə “Amerikanın Səsi” radiosunun erməni bürosuna verdiyi müsahibəsində bir çox mətləblərə toxunub və ölkəsinin nə düşündüyü barədə danışıb. O deyib ki, Eermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi əməliyyatlara cəhd etməsi qorxulu tendensiyalardan xəbər verir. Onun sözlərinə görə, artıq proses işğal altındakı Qarabağ ərazilərindən, dövlət sərhədlərinə doğru genişlənir. “Mən bu məsələ ilə əlaqədar bir çox mütəxəssislərlə danışmışam. Onların şoxlu fikirləri var. Lakin onların heç biri bilmir ki, toqquşma məhz niyə dövlət sərhəddində baş verdi. Mən düşünürəm ki, heç kim məsələnin əsl mahiyyətini bilmir. Çünki əgər bu adi, sıradan bir atışma idisə, tərəflər tez bir zamanda onu önləyə bilərdilər. Lakin bu baş vermədi, əksinə, döyüşlər daha da intensivləşməyə başladı. Nəticədə, durum daha da qəlizləşdi”.
 Tia.az bildirir ki, Hoqland təmsil etdiyi ölkənin, yəni ABŞ-ın münaqişənin həlli ilə bağlı yeni təkilf irəli sürmək fikrində olduğunu vurğulayıb. O deyib ki, tərəflər arasında kompromisə nail olmaq üçün bir sıra addımların atılması ilə yanaşı, həm də bir qədər vaxta ehtiyac var. “Məninm fikrimcə, münaqişədə tərəflər arasında kompromisin əldə edilməsi üçün bəzi addımlar atmağın zamanı gəlib. Onlardan biri də Dağlıq Qarabağın BMT-nin nəzarəti altına verməkdir. Bu proses tərəflər arasındakı qorxu aradan qalxana qədər davam etməlidir”.
Hoqland qeyd edib ki, hazırkı vəziyyət 2016-cı ilin aprel döyüşləri ərəfəsini xatırladır. Onun sözlərinə görə, həmin vaxt da danışıqlar sıfır həddinə enmişdi. “Hazırda da İrəvan və Bbakı arasında danışıqlar sıfır nöqtəsinə enib. Tərəflərdən heç biri geri addım atmaq fikrində deyil. Bu isə münaqişənin yenidən alovlanması, müharibənin başlanması deməkdir. İndiki halda buna yol vermək olmaz”.